Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Əbdürəhman Atakişiyev Waterloo universitetinin "Cayley" olimpiadasında uğur qazanıb

04 May 2016

   Uğurlu insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirib.                                                                                                                                              
                                                                                                                   Jül Renar  
 
Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Waterloo universitetinin "Cayley" olimpiadasında uğur qazanıb.   Əbdürəhman Atakişiyev:  
- İlk dəfə Waterloo universitetinin "Cayley" olimpiadası haqqında Akademik Zərifə Əliyeva adına liseyin İKT üzrə müdir müavini Aygün Əzizovadan eşitdim. Həmin andan olimpiadaya hazırlaşmağa başladım. Onu da qeyd edim ki, bu olimpiada hər ilin fevral-aprel aylarında keçirilir. Olimpiadada iştirak etdim, fərqlənmə sertifikatı və medalla təltif olundum.  
Riyaziyyatla maraqlanan hər bir şagirdə bu olimpiadada iştirak edərək biliklərini yoxlamağı məsləhət görürəm.