Eyvazov Qılman Məmməd oğlu

1992-ci ildə Bakı Ali Ümumqoşun Komandanlıq  Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.

2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirmişdir.

2008-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında müxtəlif vəzifələrdə xidmət etmişdir.

2008-ci ildən akademik Zərifə Əliyeva adına liseyin hərbi rəhbəridir.

Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Çağırışaqədərki hazırlıq fənni üzrə dərsliyin, Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Çağırışaqədərki hazırlıq fənni üzrə metodik vəsaitin, Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Çağırışaqədərki hazırlıq fənni üzrə dərsliyin və Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Çağırışaqədərki hazırlıq fənni üzrə metodik vəsaitin müəllifidir.

İş təcrübəsi: 1992-ci ildən

E-mail: qilmanherbi@gmail.com