İbrahimov Zəka Akif oğlu
- Orta təhsilini Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbində alıb.
- 2010-cu ildə Azərbaycan Texniki Universitetinin "Komputer təhlükəsizliyi" ixtisasını bitirib.
- 2012-2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin "İdarəetmədə İnformasiya Sistemləri" ixtisasında təhsil alıb.
- 2018-ci ildə Gəncə Dövlət Universitetinin "İnformatika müəllimliyi" ixtisasına yiyələnmişdir.
- 2007-ci ildə Ali məktəb tələbələri arasında təşkil edilən olimpiadada Fizika fənni üzrə Respublika 2-si olmuşdur.
- Əmək fəaliyyətinə 2011-ci illərdə başlayaraq, müxtəlif özəl liseylərdə və tədris mərkəzlərində müəllim, direktor müavini, IT mütəxəssis, təlimçi və.s kimi vəzifələrdə çalışıb.
- "Ümid Məktəblilərə Pedoqoji-Psixoloji xidmət mərkəzində" tədris işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.
- "Təhsilə Dəstək" Əlavə Təhsil Mərkəzində "İT Mütəxəssisi-Dizayner" kimi işləyib.
- Şagirdləri Respublika Fənn Olimpiadalarında, Fənn müsabiqələrində, "Sabahın Alimləri" yarışmasında, Dünya Robot Olimpiadalarında, müxtəlif layihə və elm yarışmalarında qalib olmuşlar.
- "Sabahın Alimləri" Respublika müsabiqəsi - şagirdləri qızıl və bürünc bürünc medal əldə edib - 2014-cü il
- 2019-2020-ci illərdə Azərbaycan Respublikasının Təhsil İnstitutu və Beynəlxalq Təlim və Layihə Mərkəzinin birgə fəaliyyəti ilə təşkil edilən "Orta məktəblərdə İnformatika fənninə dəstək" layihəsində "mentor" kimi fəaliyyət göstərmişdir.
- 2019-cu ildən Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasında "Robotiks" dərslərini tədris edib.
- 2021-ci il - onlayn təşkil edilən Dünya Robot Olimpiadasının ölkə finalında komandaları "Robomission" kateqoriyası üzrə I, II və VII yerləri tutub.
- 2021-ci il - "RVG-Robot Virtual Games" olimpiadasında komandaları ölkə üzrə I və II yerin sahibi olmuşdur
- 2021-ci il - "SAF-STEAM Azərbaycan Festivalında" robot kateqoriyasında baş hakim olmuşdur
- 2022-ci il - Dünya Robot Olimpiadasının Azərbaycan finalında komandası "Robomission" kateqoriyası üzrə I yerin sahibi olmuşdur
- 2022-ci il - Beynəlxalq STEAM Azərbaycan Festivalında "survivor" kateqoriyasında jüri olmuşdur
- 2023-ci il - “İnnovativ Məktəb” layihəsi çərçivəsində İsraildə keçirilən təlimi uğurla başa vurub (13 noyabr - 1 deakbr)
- 2023-cü il - Beynəlxalq STEAM Azərbaycan Festivalında "FLL-First Lego Leauge" kateqoriyasında jüri olmuşdur.
- 2023-cü il - Beynəlxalq STEAM Azərbaycan Festivalında jüri olmuşdur.
- 2023-cü il - Azərbaycan Təhsil İşçiləri Azad Həmkərlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən – Fəxri Fərman
- 2024-cü il - "Sabahın Alimləri" Respublika müsabiqəsi - şagirdi bürünc medal əldə edib
- "ECDL" Beynəlxalq Komputer proqramı üzrə təlimçidir.
Liseydə İnformatika müəllimi və İKT üzrə direktor müavini vəzifəsində çalışır.
- E-mail: ibrahimovzeka@gmail.com