İbrahimov Zəka Akif oğlu

  • Orta təhsilini Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbində alıb.
  • 2010-cu ildə Azərbaycan Texniki Universitetinin "Komputer təhlükəsizliyi" ixtisasını bitirib.
  • 2012-2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin "İdarəetmədə İnformasiya Sistemləri" ixtisasında təhsil alıb.
  • 2018-ci ildə Gəncə Dövlət Universitetinin "İnformatika müəllimliyi" ixtisasına yiyələnmişdir.
  • 2007-ci ildə Ali məktəb tələbələri arasında təşkil edilən olimpiadada Fizika fənni üzrə Respublika 2-si olmuşdur.
  • Əmək fəaliyyətinə 2011-ci illərdə başlayaraq, müxtəlif özəl liseylərdə və tədris mərkəzlərində müəllim, direktor müavini, IT mütəxəssis, təlimçi və.s kimi vəzifələrdə çalışıb.
  • "Ümid Məktəblilərə Pedoqoji-Psixoloji xidmət mərkəzində" tədris işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.
  • "Təhsilə Dəstək" Əlavə Təhsil Mərkəzində "İT Mütəxəssisi-Dizayner" kimi işləyib.
  • Şagirdləri Respublika Fənn Olimpiadalarında, Fənn müsabiqələrində, "Sabahın Alimləri" yarışmasında, Dünya Robot Olimpiadalarında, müxtəlif layihə və elm yarışmalarında qalib olmuşlar.
  • 2019-2020-ci illərdə Azərbaycan Respublikasının Təhsil İnstitutu və Beynəlxalq Təlim və Layihə Mərkəzinin birgə fəaliyyəti ilə təşkil edilən "Orta məktəblərdə İnformatika fənninə dəstək" layihəsində "mentor" kimi fəaliyyət göstərmişdir. 
  • 2019-cu ildən Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasında "Robotiks" dərslərini tədris edib.
  • 2021-ci il onlayn təşkil edilən Dünya Robot Olimpiadasının ölkə finalında komandaları "Robomission" kateqoriyası üzrə I, II və VII yerləri tutub.
  • 2021-ci il "RVG-Robot Virtual Games" olimpiadasında komandaları ölkə üzrə I və II yerin sahibi olmuşdur
  • 2021-ci il "SAF-STEAM Azərbaycan Festivalında" robot kateqoriyasında baş hakim olmuşdur
  • 2022-ci Dünya Robot Olimpiadasının Azərbaycan finalında komandası "Robomission" kateqoriyası üzrə I yerin sahibi olmuşdur
  • 2022-ci il Beynəlxalq STEAM Azərbaycan Festivalında "survivor" kateqoriyasında jüri olmuşdur
  • 2022-ci il 13 noyabr - 01 dekabr tarixlərində İsraildə təşkil edilən "İnnovativ məktəb" layihəsinin iştirakçısı olmuşdur.
  • 2023-cü il Beynəlxalq STEAM Azərbaycan Festivalında "FLL-First Lego Leauge" kateqoriyasında jüri olmuşdur.
  • "ECDL" Beynəlxalq Komputer proqramı üzrə təlimçidir.

    Liseydə İnformatika müəllimi və İKT işləri üzrə direktor müavini vəzifəsində çalışır.

     
  • E-mail: ibrahimovzeka@gmail.com