Rəfiqə Bağırova Adil qızı

   Mən 9 mart 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. 
2000-2011-ci illərdə 160№-li klassik gimnaziyada təhsil almışam. 2015-ci ildə Azərbaycan Dövlət Pedaqojı Universitetinin "Riyaziyyat və İnformatika" fakultəsini fərqlənmə ilə bitirmişəm. 
2015-2017-ci illərdə Bakı Dövlət Universitetinin "Tətbitqi Riyaziyyat və Kibernetika" fakultəsində magistr təhsili almışam və fərqlənmə ilə bitirmişəm. 
   İlk pedaqojı fəaliyyətimə 2017-ci ildə 193 saylı orta məktəbdə və Məktəb-Lisey kompleksində başlamışam. 2019-cu ildə 132-134 №-li Təhsil kompleksində çalışmışam. 
2019-ci ildən Akademik Zərifə Əliyeva adına liseydə İnformatika, Proqramlaşdırma və Robotika müəllimi işləyirəm. 

   Bir çox təlimlərdə iştirak etmiş və sertifikatlar almışam, onların içində 2017-2018-ci illərdə "STEM based lessons organization in Middle school with LEGO MINDSTORMS Education EV3 robotics solution", 2017-2019-cu illərdə TİPİİ-nin "Rəqəmsal Bacarıqlar" layihəsi çərçivəsində təlimlərdə iştirak etmişəm və "Alqoritmika" fənnini tədris etmişəm. 2019-cu ildə TİPİİ və "ORT İsrael-in" İsraildə keçirdiyi "Training on İnnovative Learning in Project Based Learning and Robotics" və həmin ildə STEAM təlimində və STEM PD konfransında iştirak etmişəm. 
   2018-ci ildən şagirdlərimlə bir neçə Robot layihə və olimpiadalarında iştirak etmiş və uğurlar əldə etmişik. 
   2019-cı ildən TİPİİ-nin Təhsil Texnologiyaları Mərkəzində "STEAM" layihəsi çərçivəsində təlimlərin təşkili və təlimçilər üçün təlimlərin keçirilməsi ilə məşğul oluram.