Yasamal Rayon Polis İdarəsinin rəhbər işçiləri akademik Zərifə Əliyeva adına liseyin müəllimlərilə görüşdə iştirak ediblər

15 Fevral 2026

Yasamal Rayon Polis İdarəsinin rəhbər işçiləri akademik Zərifə Əliyeva adına liseyin müəllimlərilə görüşdə iştirak ediblər.
Görüşdə məktəblərdə təhlükəsizliyin təmin olunması, şagirdlərin və müəllimlərin qorunması, habelə fövqəladə hallarda düzgün davranış qaydaları müzakirə edilib.
Polis əməkdaşları liseylə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.