20 yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar paytaxtın 20 yanvar dairəsində 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə Yasamal rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə anım mərasimi keçirilib.
Liseyimizin bir qrup əməkdaşı da mərasimdə iştirak edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə həyatlarını fəda etmiş vətən övladlarını təcəssüm etdirən kompleksin önünə tər qərənfillər düzmüş, şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirmişlər.Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.