Dekabrın 9-10-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi çərçivəsində STEAM Azərbaycan Festivalı keçirilib.
Ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir. Festival çərçivəsində 10 kateqoriya üzrə - “STEAM open (makerthon)”, “Hackathon”, “Micro:Bit”, “Lego sumo”, “Lıne follower”, “3D Cad”, “Short movie”, “Edu drone”, “Humanoid robot” yarışlar təşkil edilib. Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb.
Sevindirici haldır ki, bu iştirakçılar arasında 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmaqla liseyimizi təmsil edən 5 komanda (11 şagird) qaliblər arasında olmuşdur.
"Open" kateqoriyası üzrə - I yer
Məhəmməd Abbaslı
Fikrət Fərzəliyev
"Short movie" kateqoriyası üzrə - I yer
Mikayıl Qasımzadə
Malena Livinskaya
Mehriban Həsənova
"Humanoid" kateqoriyası üzrə - II yer
Yunus Məhərrəmli
Ziya Zeynalov
"Hackhaton" kateqoriyası üzrə - II yer
İslam Məmmədov
Cavidan Sultan
"Edu Drone" kateqoriyası üzrə - III yer
Riad Babayev
Maqsud Nəcəfli
Qaliblərimizi təbrik edirik, növbəti yarışlarda da uğurlar arzulayırıq.
Qeyd edək ki, 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. Eyni zamanda müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini yüksəltməkdir.