Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 393 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” qanunun həyata keçirilməsinə dair Tədbirlər Planının icrası üzrə Akademik Zərifə Əliyeva adına liseydə 03 və 06 oktyabr 2022-ci il tarixlərində aidiyyati tədbir həyata keçirilmişdir. Tibbi müayinələri təhsil müəssəsində fəaliyyət göstərən tibb məntəqəsinin həkim və tibb bacısı, Yasamal rayon 5 saylı uşaq poliklinikasının həkim mütəxəsisləri ( okulist, lor, cərrah, nevropotolog, dermotoloq, stomotolog, terapevt ) tərəfindən aparılmışdır. Hərtərəfli müayinə zamanı aşkar edilən xəstəliklər qeydə alınaraq müvafiq uşaq poliklinikalarına əlavə müayinə və müalicəyə göndərilir.