25 sentyabr tarixində Bakı Mühəndislik Universitetində “PASHA Bank Cup IV” yarışması təşkil edilib.
35 iştirakçının iştirak etdiyi final mərhələsində liseyimizin X sinif şagirdləri Hüseyn Ağayev və Nihad Hüsynli müvafiq olaraq 5-ci və 8-ci yerləri tutublar.
Qeyd edək ki, 35 iştirakçı öz qüvvəsini sınayıb. Beləliklə də, məktəblilər, tələbələr və peşəkarlar kateqoriyası üzrə qaliblər müəyyənləşdirilərək, “PAŞA Bank” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.
Müsabiqənin əsas məqsədi proqramlaşdırma sahəsində istedadlı şəxsləri üzə çıxarmaq, onlara yeni fundamental biliklər qazanmaqda və peşəkar keyfiyyətlərini nümayiş etdirməkdə yardımçı olmaqdır.