Şagirdlərimiz "Nə? Harada? Nə zaman?" tələbələr arasında keçirilən intellektual yarışında III yerə çıxıblar

07 Fevral 2025

2 fevral gənclər günü münasibətilə tələbələr arasında təşkil edilən "Nə? Harada? Nə zaman?" intellektual yarışında iştirak edən şagirdlərimizdən ibarət komanda 3-cü yerə çıxıb. 24 komanda arasında yeganə məktəblilərdən olan komandamızın üzvləri XI sinif şagirdlərimiz Zaur Quluzadə, Yusif İsmayılov, Davud Şeydayev, İbrahim Rəhimov və Ümüd Ömərov olublar.

Qalib şagirdlərimizi ürəkdən təbrik edirik.