22 noyabr 2022-ci il tarixində Yasamal rayonu üzrə məktəblilər arasında "I STARTAP LAYİHƏ" müsabiqəsində şagirdlərimiz I, II və III yerin sahibləri oldular.
Müsabiqəyə 20 layihə təqdim olunmuşdur. Müsabiqənin ekspert qrupunda Azərbaycan Texniki Universitetinin "Radioelektron və Aerokosmik sistemlər" kafedrasının müdiri professor Vaqif Məhərrəmov, "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi"nin direktoru Pərvinə İsmayılova və 3 saylı Bakı "Asan xidmət" Mərkəzinin direktoru Tural Nağıyev iştirak etmişlər.
Ekspert qrupunun rəyi əsasında qaliblər müəyyən edilmişdir.
Şagirdlərimizi təbrik edir, onlara növbəti yarışlarda da bol-bol uğurlar arzulayırıq!