27-30 yanvar 2023-cü il tarixində liseyimizin 4 şagirddən ibarət komandası Türkiyənin İstanbul şəhərində İstanbul Teknik Universitetinin dəstəyi ilə müxtəlif ölkələrdən olan 300-dən çox şagirdin iştirak etdiyi yuxarı sinif şagirdləri üçün keçirilən illik beynəlxalq İTUMUN konfransında iştirak ediblər. Burada beynəlxalq siyasi gündəmdə olan əsas məsələlərin müzakirəsi aparılır. "The ModelUN" şagirdlərin gələcəkdə istifadə edəcəkləri bilik və yüksək bacarıq səviyyəsinin əldə olunmasının, əlaqə yaratmaq, digər mədəniyyətlərə, siyasi baxışlara hörmətlə yanaşmaqla qloballaşmış dünya ilə bağlantı qurmağı aşılayan tam tədris təcrübəsidir. Həmçinin şagirdlərdə UN konfransı ərzində liderlik,
tədqiqatçılıq, yazı, ictimai natiqlik və problemin həlli təcrübəsi kimi keyfiyyətlər inkişaf etdirilir.
Şagirdlərimiz müxtəlif komitetlərdə müxtəlif ölkələri təmsil edərək debatlarda, müzakirələrdə, qarşıya qoyulan problemlərin həlli yollarının araşdırılmasında
çox fəal iştirak edərək uğurlu çixişlar ediblər.