ADA universitetində 16-19 yanvar tarixlərində Biznes Və İqtisadiyyat və Humanitar ixtisaslarla bağlı keçirilən Fərdi İnkişaf Proqramında Akademik Zərifə Əliyeva liseyimizin şagirdləri fəal iştirak ediblər.
Proqram üç fərqli istiqamətdə bilik və bacarıqlarını dərsdənkənar şəkildə təkmilləşdirməyi hədəfləyən X və XI sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Fərdi İnkişaf Proqramı həftədə 1 dəfə olmaqla 4 həftə ərzində keçirilib.
Proqram çərçivəsində Humanitar ixtisaslarla maraqlananlar ingilis dilində düzgün kommunikasiya və dinləmə bacarıqları, natiqliyin əsasları və akademik yazı bacarıqlarını inkişaf etdirmək fürsəti əldə ediblər.
Biznes və İqtisadiyyat ixtisasları ilə maraqlananlar isə ingilis dilində düzgün kommunikasiya və dinləmə bacarıqlarını inkişaf etdirməklə yanaşı, liderlik və biznesin əsasları üzrə təməl biliklərə yiyələniblər.