Respublika Fənn Olimpiadalarının məktəb turu nəticələri elan edilib

01 Dekabr 2025

Akademik Zərifə Əliyeva adına liseydə təşkil edilən lisey şagirdləri üçün 8 fənn üzrə məktəb turu nəticələri elan edilib. Qeyd edək ki, şagirdlərimiz Azərbaycan dili, Biologiya, Coğrafiya, Fizika, İnformatika, Kimya, Riyaziyyat və Tarix fənləri olmaqla ümumilikdə 8 fənn üzrə olimpiadanın ilk turunda iştirak ediblər. Şagirdlərimizdən 339 nəfər şagird portal.edu.az saytı üzərindən bu olimpiadada iştirak etmək üçün müraciət edib..
Nəticələrlə link vasitəsilə tanış ola bilərsiniz.
Növbəti mərhələdə iştirak haqqı qazanmış şagirdlərin siyahısı isə qısa zamanda elan ediləcək.