Respublika Fənn Olimpiadalarının birinci mərhələsinin nəticələrinə əsasən liseyimizin yarımfinal mərhələsində iştirak hüququ əldə etmiş şagirdlərimizin siyahısı elan edilib. Onlardan 8-i Azərbaycan dili və Ədəbiyyatdan, 11-i Biologiyadan, 5-i Coğrafiyadan, 21-i Fizikadan, 36-ı İnformatikadan, 8-i Kimyadan, 65-i Riyaziyyatdan, və 14-ü Tarixdən olmaqla ümumilikdə 168 şagirdimiz növbəti mərhələyə buraxılmışdır.
Şagirdlərimizi və eləcə də əməyi keçən müəllimlərimizi təbrik edir, növbəti mərhələlərdə uğurlar arzulayırıq.
Respublika Fənn Olimpiadalarının birinci mərhələsinin nəticələri elan edilib
16 Yanvar 2025
