Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərə aid ilk siyahısı təsdiq olunmuşdur
Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul yekunlaşmış və nəticələr müəyyən olunmuşdur.
Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahələri üzrə 673 nəfər Azərbaycan Respublikası vətəndaşı müraciət etmişdir.
Müsabiqənin ilkin nəticələrinə əsasən 80 nəfər namizəd bakalavriat səviyyəsi, 149 nəfər namizəd magistratura səviyyəsi üzrə müvafiq Seçim Qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olmuş və proqram iştirakçısı adını qazanmışdır.
Proqram üzrə liseyimizin 2021-ci il məzunu Yusif Kazımzadə, 2022-ci il məzunlarımız Həmid Əliyev və Firdovsi Əliyev və Riad Babayev (University of Illinois Urbana-Champaign) təqaüd qazanmışlar.
Bu münasibətlə məzunlarımızı təbrik edir, onlara təhsil həyatlarında bol-bol uğurlar arzulayırıq.