Liseyimizə qəbul olan 8-ci sinif şagirdlərinin sənəd qəbulu başlayır.
Valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini 7 avqust saat 15:00-dan 17 avqust saat 15:00-dək (həftəiçi) liseyimizə təqdim etməlidir.
Bu vaxt ərzində sənədlər liseyə təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır və həmin yer II mərhələ üçün vakant yer kimi təqdim edilir.
Qeyd edək ki, şəxsi işlər təhvil alınarkən valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni 2 nüsxədə çap edərək imzalamalı və ərizənin birini şagirdin çıxdığı məktəbə təqdim etməlidir. Həmin ərizəni təqdim etməklə şagirdin öncəki məktəbindən müvafiq sənədləri (şəxsi iş, tibbi kart və.s) əldə edib, çap edilən digər ərizə ilə birlikdə liseyimizə təhvil verməlidirlər.
Elektron ərizə şagirdin çıxdığı məktəbin modulundan da əldə edilə bilər.