Oktyabrın 17-də Uşaq Səfirlər Məclisinin üzvləri Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə görüşüblər.Görüş zamanı Emin Əmrullayev artıq ənənə halını almış Ümumrespublika Uşaq Forumlarının əhəmiyyətinə toxunub, uşaqların inkişafında təhsilin önəmindən danışıb.Görüşdə uşaqların təhsil hüquqları, məktəblərdə “STEAM” fənninin tədrisi, məktəb kitabxanaları, olimpiadalar, elektron dərsliklər və digər mövzularda müzakirələr aparılıb.Nazir görüş çərçivəsində iştirakçıları maraqlandıran sualları da cavablandırıb.Qeyd edək ki, liseyimizin iki şagirdi - Eyvazlı Ömər və Qasımov Murad da Uşaq Səfirlər Məclisinin üzvləri seçiliblər.
Bütün üzvlərə uğurlar arzulayırıq!