LİSEYİMİZƏ YENİ QƏBUL OLAN ŞAGİRDLƏRİMİZİN VALİDEYNLƏRİNİN NƏZƏRİNƏ!
Övladınızın liseyimizdə qeydiyyata alınması üçün sistemə daxil olaraq aşağıdakı ardıcıllıqları yerinə yetirib müraciət etməyinizi xahiş edirik:
1. “Şagird yerdəyişməsi” elektron xidmətinə - https://sy.edu.az daxil olursunuz
2. Qeydiyyat sözünün üstünə tıklayırsınız
3. Valideyn qeydiyyatı səhifəsi açılır (ardıcıl yerinə yetirin):
a) Vətəndaşlıq;
b) Qohumluq dərəcəsi;
c) FİN kodu
d) Mən robot deyiləm;
e) Yoxla
4. Bütün məlumatlarınız çıxandan sonra TƏSDİQ ET düyməsini sıxın
5. Təsdiq edəndən sonra sağ tərəfdə yerləşən NÖVBƏTİ xanasına tıklayın
6. Mobil nömrəni daxil edin və TƏSDİQ KODUNU GÖNDƏR xanasına tıklayın və gözləyin
7. Telefonunuza SMS vasitəsi ilə gələn kodu daxil etdikdən sonra NÖVBƏTİ xanasına tıklayın
8. Şifrə təyin et, sonra şifrəni təkrarlayın (yəni özünüz üçün asan yadda qalan şifrə təyin edin və mütləq bir yerdə qeyd edin ki, sonralar bu şifrə sizə lazım olacaq) və sonra NÖVBƏTİ xanasına tıklayın
9. Sol tərəfdə: ŞAGİRD ƏLAVƏ ET düyməsinə tıklayın:
a) sonra UTİS kodla seçın (FİN kodla lazım deyil)
b) şagirdin utis kodunu, oxuduğu məktəbin yerləşdiyi rayonu (Məsələn, Bakı-Nizami), sonra isə məktəbi qeyd edin
c) təsdiq et xanasına tıklayın
d) yadda saxla xanasına tıklayın
Bu anda övladınıza (şagirdə) aid olan bütün məlumatları bir sətirdə görürsüz.
İŞİNİZ TAMAMLANDI!
Yuxarıda, sağ tərəfdə çıxış düyməsinə basın.
Sinif rəhbərinə aşağıdakı məlumatları göndərin:
1. Şagirdin soyadı, adı, ata adını
2. Qeydiyyatdan keçən valideynin FİN kodunu
3. Valideynin qeydiyyatda istifadə etdiyi telefon nömrəsini
4. Şagirdin UTİS kodunu
5. Şagirdin əvvəl oxuduğu məktəbin nömrəsini və yerləşdiyi rayonunu