7-8 fevral tarixlərində Rumıniyada keçirilən 10-cu “Info(1)Cup” proqramlaşdırma müsabiqəsinin nəticələri məlum olub:
Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Fateh Əhmədzadə yüksək nəticəsinə görə fərqlənərək qızıl medal qazanıb.
Qeyd edək ki, 16 ölkədən 189 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı müsabiqəyə məktəblilərimiz Azərbaycan Texniki Universitetinin laboratoriyasından onlayn qaydada qoşulublar.
Fatehi ürəkdən təbrik edir, hər zaman yüksək nailiyyətlər əldə etməyi arzulayırıq.
“Info(1)Cup” proqramlaşdırma müsabiqəsində qızıl medal
17 Fevral 2026

