Liseyimizin 2-ci qrup üzrə təhsil alan Azərbaycan və rus bölməsinin şagirdləri coğrafiya kafedrasından Gülçöhrə Əsədova və Mehman Daşdəmirovun başçılığı altında coğrafiya və tarix fənni ilə əlaqədar ekskursiya ediblər. Şagirdlər ilk öncə Bibiheybət neft buruqlarına gediblər. Daha sonra onlar Qobustanda qayaüstü rəsmlərində və latın əlifbası ilə yazılmış qədim daş kitabədə olublar.
Qeyd edək ki,bu daş kitabə romalıların burada olduğunu sübut edən abidədir.
Nəhayət,şagirdlər ekskursiyanı palçıq vulkanlarında sonlanladırıblar. Xüsusilə palçıq vulkanları şagirdlərin marağına səbəb olmuşdur.