Ənənəvi xeyriyyə aksiyası hazırlıqlarına start verilib

23 Aprel 2025

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə liseyimizdə şagirdlərimizin iştirakı ilə təşkil ediləcək ənənəvi Xeyriyyə aksiyası təşkil ediləcək.
Xeyriyyə aksiyasına 1 may 2025-ci il tarixində saat 11:00-dan etibarən start veriləcək. Şagirdlərimizin valideynlərini, məzunlarımızı, liseydən yolu keçən əməkdaşlarımızı, bir sözlə aksiyada iştirak edərək öz maddi və mənəvi dəstəyini göstərmək istəyən hər kəsi xeyriyyə aksiyasında iştirak etməyə dəvət edirik.

Tarix: 1 may 2025-ci il
Ünvan: Akademik Zərifə Əliyeva adına lisey