Buraxılış imtahanından maksimum nəticə - 300 bal!

17 Aprel 2025

9 mart 2025-ci il tarixində təşkil edilən Buraxılış imtahan nəticələri elan edilib.Liseyimizin III qrup şagirdi Fərid Allahyarlı bütün suallara doğru cavab verərək maksimum bal - 300 bal toplamışdır.

Fəridi və eləcə də yüksək nəticə əldə etmiş bütün şagirdlərimizi ürəkdən təbrik edir, hər zaman yüksək nailiyyətlər əldə etməyi arzulayırıq.