Fevralın 17-də T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Uşaq Hüquqları Gününə həsr olunmuş “Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbiri keçirilib.
Layihə çərçivəsində liseyimizin 9 və 10-cu sinif şagirdləri aktiv iştirak etmişdir. Bununla bağlı bağlanış mərasimində liseyin 10a3 sinif şagirdləri Həsənli Xədicə və Abbaslı Fidan, 8a sinif şagirdləri Dursunalıyeva Nurtən və Məmmədova İntizar, 10r3 sinif şagirdi Məmmədova Nigar, 9a4 sinif şagirdləri İsmayılzadə Zeynəb, Sadıqlı Fatimə, Nadirova Məryəm, 9r2 sinif şagirdi Həzizadə Hüseyn fəal iştiraklarına görə sertifikata layiq görülüblər.
Bundan əlavə 16 fevral təlimlərdə yüksək nəticə göstərən məktəblilər, eləcə də həssas kateqoriyadan olan uşaqlar üçün keys müsabiqəsi təşkil olunub. Ekspertlərin iştirakı ilə keçirilən keys müzakirələri zamanı iştirakçılar komandalara bölünərək real və ya simulyativ situasiyalar əsasında hazırlanmış tapşırıqlar üzərində işləyib, daha sonra öz təqdimatları ilə çıxış ediblər. Bu layihə üzrə liseyimizin 10a3 sinif şagirdi Fidan Abbaslı və komanda yoldaşları fəal və aktiv iştiraklarına görə 2-ci yerə layiq görülüblər və bağlanış mərasimində diplomlarla təltif olunublar.
Bütün şagirdlərimizi ürəkdən təbrik edirik.
Beynəlxalq Uşaq Hüquqları Gününə həsr olunmuş “Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbiri keçirilib
17 Fevral 2026





