Akademik Zərifə Əliyeva adına liseyin müəllim və şagirdlərinin növbəti uğuru

22 Avqust 2022

Akademik Zərifə Əliyeva adına liseyin Riyaziyyat müəllimi Laçınova Aynur, Azərbaycan dili və ədəbiyyatı müəllimi Bağırova Günel və liseyin şagird komandasının "eTwinning" platforması çərçivəsində Türkiyə məktəbləri ilə birlikdə təqdim etdikləri "Mədəniyyət" ( Kültürizm ) layihəsi  Milli Keyfiyyət Nişanına layiq görülüb. 


"eTwinning" platforması iki və ya daha çox məktəb arasında əvvəlcədən müəyyən edilmiş bir mövzuda bir layihə ortaqlığıdır. Bu platformada müəllimlər şagirdləri ilə bərabər layihələrdə iştirak edirlər.  Layihələrin çoxu şagird mərkəzli olur. Bu, "eTwinning"-də ən çox yayılmış layihə növüdür. 
Akademik Zərifə Əliyeva adına liseyin müəllimləri Laçınova Aynur, Bağırova Günel və liseyin  bir qrup şagirdi Türkiyə məktəbləri ilə birlikdə "Mədəniyyət" (Kültürizm )  layihəsində birlikdə çalışaraq bir-birindən maraqlı işlər təqdim ediblər. 

Türkiyə məktəbləri ilə birlikdə "Mədəniyyət" ( Kültürizm ) layihəsi üzrə çalışmaqda əsas məqsəd şagirdlərin məhz hər iki dövlətin ortaq və fərqli mədəniyyət nümunələri ilə tanış olması idi. Şagirdlər arasında müsbət rəftarı, sosial davranışları inkişaf etdirmək, milli-mənəvi dəyərləri minilliklər boyu qoruyub saxlaya bilməyin əhəmiyyətini onlara çatdırmaq, eyni zamanda qloballaşan dünyada məhz mədəniyyət vasitəsilə milli kimliyimizi qorumağın önəmini vurğulamaq , şagirdlərə nəsillərdən ötürülən milli-mənəvi dəyərlərin ruhumuzu bəsləyən müqəddəs bir açar olduğunu xatırlatmaq idi.

Milli Keyfiyyət Nişanı almaqları münasibətilə müəllimlərimizi və şagirdlərimizi  təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.