13 sentyabr 2023-cü il tarixində liseyimizdə Pedaqoji Şura keçirildi. Liseyin direktoru Fərqanə İsayeva tədbiri açıq elan edərək kollektivin üzvlərini yeni dərs ili münasibətilə təbrik etdi. 2022-2023-cü tədris ilində yüksək nailiyyətlərlə başa vuran liseyin kollektivinə yeni-yeni uğurlar, can sağlığı və müvəffəqiyyətlər arzu etdi.
Direktor müavinlərinin hesabatları dinlənildikdən sonra Fərqanə xanım 2023-2024-cü tədris ilində qarşıda duran və cari məsələlərlə bağlı çıxış etdi.
Kollektiv üzvlərinin fikir və təklifləri dinlənildi, rəhbərlik tərəfindən qarşıda duran məqsədlərə nail olmaq üçün tapşırıqlar verildi.