Vaxt keçdikcə, hər hansı tarixi hadisə haqqında dolğun və əhatəli fikir yürütmək daha asan olur. 33 il sonra qanlı 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində yenidən bu hadisələri təhlil etmək, onu düzgün qiymətləndirməklə, həm xalqımızın tarixində çox önəmli və məşəqqətli olaylara yenidən nəzər salırıq, həm də bu qəhrəmanlıq salnaməsinin müəlliflərini - şəhidlərimizin xatirəsini yad edirik.
1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.
Liseyimizin müəllim və şagird kollektivi Şəhidlər xiyabanında olublar.Şəhidlərimizin əziz xatirəsini yad edib, məzarları üstünə qərənfil düzüblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.