11 oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunmuş kampaniya çərçivəsində fəal gənc qızların paytaxtda fəaliyyət göstərən qurumlara tanışlıq səfərləri başa çatıb.
Ötən gün qızlar Milli Məclis və BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinə səfər ediblər.
Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin təşkilatçılığı ilə "Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən kampaniya çərçivəsində təşkil edilən görüşlər qızların erkən yaşlardan səlahiyyətləndirilməsi, onların özünəinam hissinin və ictimai fəallığının artırılması, eləcə də liderlik bacarıqlarının inkişafına töhfə vermək məqsədi daşıyırdı.
Bu kampaniya çərçivəsində qızlardan ibarət bir qrup şagirdimiz yaxından iştirak ediblər.