Nailiyyətlər

2016-2017-ci tədris ili

  2016-2017-ci tədris ilində şagird müəllim nisbəti 1:11,3 kimi olmuş, tədris planına əsasən şagirdlərin biliyinin dərinləşdirilməsi üçün seçmə fənlər ve fakültətiv məşğələlər üzrə saatlar ayrılmışdır.

  191 nəfər IX sinfin buraxılış imtahanında iştirak etmiş və 39 şagird fərqlənmə attestatı almışdır. IX siniflərin buraxılış imtahanlarının nəticələrinə görə Bakı şəhəri üzrə saxlanılmışdır.

  178 məzun müvəffəqiyyətlə tam orta təhsili başa vurmuş, 53 nəfər fərqlənmə attestatı, 15 nəfər qızıl medal, 4 nəfər gümüş medal almışlar. Məzunların ali məktəblərə qəbul göstəricisi 100% olmuşdur, onların 65 nəfəri 600-dan yuxarı bal toplamışlar. Bu il həm də 2 nəfər məzunumuz 700 bal yığmağı bacarmışdır. Üç məzunumuz Prezident təqaüdünə layiq görülmüşdür. 

Cari tədris ilində liseyimizin digər nailiyyətləri aşağıda sadalanmışdır:

  • Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri hər il ənənəvi olaraq keçirilən Respublika Fənn Olimpiadalarında uğurla iştirak edərək  2 qızıl, 5 gümüş, 12 bürünc olmaqla 19 medalla təltif olunmuşlar. 
  • 15-17 fevral 2017-ci il tarixdə keçirilən «Sabahın alimləri» VI Respublika müsabiqəsində də liseyin şagirdləri böyük uğurlara imza atmışdır. Onlar müxtəlif kateqoriyalar üzrə 14 layihə ilə təmsil olunmuşdur və 5 layihə müsabiqədə yüksək yer qazanmışdır. (3-II yer; 2-III yer)
  • Akademik Zərifə Əliyeva adına liseyin 9r2 sinif şagirdi Quliyev Barat Rusiyanın Rostov şəhərində keçirilən "Don payızı" açıq regional turnirində yeniyetmələr arasında qılıncoynatma üzrə II yerə layiq görülmüşdür.
  • “Ədəbiyyat biliciləri” müsabiqəsində liseyin 11a3 sinif şagirdi İsmayılova Səbinə II yerə layiq görülərək diplomla təltif edilmişdir.
  • 31 oktyabr- 7 noyabrın tarixlərində Türkiyənin Antalya şəhərində məktəblilərin və kollec tələbələrinin VIII Beynəlxalq Bilik Olimpiadası keçirilib. Olimpiadanın nəticələrinə əsasən şagirdlərimiz 4 qızıl, 4 gümüş, 6 bürünc medal qazanmışdı.
  • İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində 2016-сi ildə keçirilən IV Respublika Olimpiadasının qaliblərindən bizim şagirdlərimizdən 11 a1 sinfin şagirdlərdi Ayxan Əhmədli qızıl, Samir İbrahimzadə isə gümüş medal qazandılar. Qaliblər Gənclər və İdman Nazirliyinin və tərəfdaş təşkilatların diplomları və qiymətli hədiyyələr ilə mükakfatlandırıldılar.
  • Dekabrın 20-də isə  Beynəlxalq Muğam Mərkəzində Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqəsi qaliblərinin təltif olunması mərasimi keçirildi. Müsabiqədə 4 nominasiya üzrə 79 qalib yer müəyyən olunub. Liseyimizin şagirdləri “Ən yaxşı səhnəcik” nominasiyası üzrə I yerə, təsviri incəsənət nominasiyası üzrə isə  9r4 sinif şagirdləri Əlibəyli Əminə və Əlibəyli Şahin I yerə, 9a1 sinif şagirdi Rüstəmli Nərmin isə II yerə layiq görülərək  diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
  • Fizika- riyaziyyat və informatika təmayüllü liseyin 50 illik yubileyinə həsr olunmuş Bakı məktəbliləri arasında informatikadan İOM-də olimpiadasında liseyimizin 9 -cu sinif şagirdi Əsədzadə Rəhman olimpiadanın qalibi olmuşdur.
  • 28 Dekabr 2016-cı il tarixində keçirilən“Fənlərin Dostluğu Olimpiadası”da liseyimizin şagirdi Toğrul Hacızadə III Yerə layiq görüldü.
  • “İdeya var!” gənclərin I ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində liseyimizin 3 layihəsindən 2-si uğur qazanıb. “AY TRY” (Toxmaqla Ritmik Yeriş-Azərbaycan İdman Yerişi)  layihəsi üzrə 10r1 sinif şagirdi Məlikzadə Mahirə I yerə, digər layihə üzrə isə şagirdlərimizdən ikisi: XI a1 sinif şagirdi Adilov Toğrul və XI r2 sinif şagirdi Babayev Fərid III yerə layiq görülüb.
  • 30 Mart 2017 Rusiya Yazıçılar İttifaqının "İlin şairi" milli ədəbi mükafatı üzrə keçirilən müsabiqədə Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Əhmədova Ləman "Debüt" nominasiyası üzrə diplomla təltif olundu
  • Milli Olimpiya Komitəsi və Təhsil Nazirliyi tərəfindən birgə təşkil edilən "Olympic Moves" (Hərəkətə Qoşul) çərçivəsində rayondaxili yarışlarda Akademik Zərifə Əliyeva adına liseyin hər iki komandası (voleybol və basketbol idman növü üzrə) uğurla iştirak etmişdir. Qeyd edək ki, Yasamal rayonu üzrə keçirilən yarışlarda liseyin qızlardan ibarət voleybol komandası  II, oğlanlardan ibarət basketbol komandası isə III yerə layiq görülmüşdür. 
  • Liseyimizin 11R2 sinif şagirdi Fərid Babayev Amerika səfirliyi tərəfindən keçirilən “Essay Contest”  müsabiqəsində “How Azerbaijan and USA can work together to make the world a better for young poeple” adlı mövzusunda esse yazaraq qalib oldu.
  • Akademik Zərifə Əlliyeva adına liseyin XI A1 sinif şagirdi Adilov Toğrul və XI R2 sinif şagirdi Babayev Fərid 45 ölkədən 572 şagirdin iştirakı ilə 27 aprel - 1 may 2017-ci il tarixlərində Rumıniyada keçirilən "İNFOMATRİX" kompüter layihə olimpiadasında liseyimizi uğurla təmsil etmişdirlər. Beynəlxalq dərəcəli yarışda Adilov Toğrul və Babayev Fərid  357 layihə arasında "Proqramlaşdırma" layihəsi üzrə müsabiqədə iştirak etmiş və bürünc medala layiq görülmüşdürlər. 
  • 3 may 2017-ci il tarixində "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsində liseyin 9r2 sinif şagirdi Salmanlı Amilin təqdimatı "Ən yaxşı təqdimat" seçilərək I yerə layiq görülüb.
  • ABŞ-ın Texas ştatının Houston şəhərində10-cu Beynəlxalq Davamlı  Dünya- Enerji Mühəndislik Ətraf Mühit Layihə Olimpiadası (ISWEEP International Sustainable World Energy Engineering Environment Project Olympiad ) keçirilib. . Olimpiadada Azərbaycanı "Günəş enerjisinin çevrilməsi və səmərəliliyinin artırılması üçün yeni GaSe nanostrukturların inkişafı"adlı layihə ilə Akademik Zərifə Əliyeva adına liseyin 10R1 sinif şagirdi Nailə Məmmədova və İstək liseyinin 8-ci sinif şagirdi Aytən Qayıbova yüksək səviyyədə təmsil edərək bürünc medala layiq görülüblər.
  • 21-27 may 2017-ci il tarixlərində Hindistanın Dehli şəhərində 6-cı Amiti Beynəlxalq Olimpiadası  (Sixth Amity İnternational Olympiad for Science and Mathematics) keçirilib. Olimpiadada Akademik Zərifə Əliyeva adına liseyi 15 şagird təmsil edib. 15 şagirddən 2-si beynəlxalq, 9-u isə  komanda daxilində medal qazanıblar.
  • Dubayda keçirilən "Go up for the climate" onlayn layihə olimpiadasında liseyimizin şagirdləri Sona Sadıqova və Nuray Xəlilbəyli finalda da müvəffəqiyyət əldə edərək bürünc medal qazanmışdırlar. 
  • 17-21 iyun 2017-ci il tarixlərində  Türkiyənin İzmir şəhərində keçirilən Beynəlxalq İnformatika olimpiadasındasında liseyimizin şagirdləri Əsgərov Ələkbər - gümüş medal, Muxtarov Ziya - bürünc medal qazanmışlar.
  • Moskvada keçirilən  « Megapolüs » Beynəlxalq fənn olimpiadasında « İnformatika » fənni üzrə Muxtarov Ziya bürünc medala layiq görülmüşdür.

2015-2016-cı tədris ili

2015-2016-cı tədris ilində şagird müəllim nisbəti 1:13,4 kimi olmuş, tədris planına əsasən şagirdlərin biliyinin dərinləşdirilməsi üçün seçmə fənlər ve fakültətiv məşğələlər üzrə saatlar ayrılmışdır.

XI sinfi bitirən 202 şagirddən 202 (100%) nəfəri Təhsil Nazirliyinin attestat imtahanlarında, 9-cu sinfi bitirən 228 şagird isə buraxılış imtahanlarında uğurla iştirak etmişdirlər.

Liseyin on bir məzunu qızıl medala layiq görülmüş və yüksək balla ali məktəblərə daxil olmuşdur. Şagirdlərin 99% ali məktəbə daxil olmuş və onların 59 nəfəri 600-dan yuxarı bal toplamışdırlar. Üç şagird Prezident təqaüdünə layiq görülmüşdür.

Fənn olimpiadalarının Respublika turunda 9 şagirdimiz qızıl, gümüş, bürünc medallarla təltif olunmuşdur.

13 fevral 2016-ci il tarixində keçirilən «Sabahın alimləri» V Respublika müsabiqəsində də liseyin şagirdləri böyük uğurlara imza atmışdırlar. Onlar müxtəlif kateqoriyalar üzrə 19 layihə ilə təmsil olunmuşdurlar. 9 layihə müsabiqədə yüksək yer qazanmış, bir layihə isə xüsusi mükafata layiq görülmüşdür: biologiya kateqoriyası üzrə I yer, mühəndislik kateqoriyası üzrə I yer, kompüter elmləri üzrə I yer, fizika-astranomiya kateqoriyası üzrə II yer, riyaziyyat kateqoriyası üzrə II yer, digər kateqoriyalar üzrə isə dörd III yer qazanılmışdır.

I yerə layiq görülmüş Biologiya kateqoriyası üzrə layihənin qalibləri Əli Əliyev və Ayşən Əliyeva və II yerə layıq görülmüş Fizika-Astronomiya kateqoriyası üzrə layihənin qalibləri Mədət və Nigar Sərdarlı bacı-qardaşları bu ilin may ayında ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçirilmiş «Elm və mühəndislik» sərgisində respublikamızı təmsil etmişdirlər. Nigar və Mədət Sərdarlıların layihəsi xüsusi mükafata layiq görülmüşdür.

  • 2015-2016-cı tədris ilində 8 müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur.
  • Heydər Əliyevin 93 illik yubileyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində liseyin 9a3 sinif şagirdi Məmmədova Eliza I yerə layiq görülmüşdür.
  • “Ədəbiyyat biliciləri” müsabiqəsində liseyin 10r3 sinif şagirdi Mədinə Məsimova I yerə layiq görülərək diplomla təltif edilmişdir.
  • Mədinə Məsimova eyni zamanda Amerikada Şlümberji şirkətinin təşkilatçılığı ilə keçirilən rəsm əsərləri müsabiqəsində Azərbaycan üzrə I yerə layiq görülmüşdür.
  • “Elektron təhsil” Respublika müsabiqəsində 2 şagirdimiz: Ziya Muxtarov və Rüfət Şirvanlı qaliblər sırasında yer qazanmışdırlar.
  • Liseyin şagirdi Ayşən Əliyeva Azərbaycanda təşkil olunmuş Milli MUN konfransında iştirak etmiş, əksəriyyəti tələbələrdən ibarət həmin müsabiqədə “Ən yaxşı nümayəndə” adına layiq görülmüşdür.
  • Qazaxıstanın Almata şəhərində Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin təşkilatçılığı ilə riyaziyyat-mexanika üzrə Beynəlxalq tədqiqat, layihə olimpiadasında XI sinif şagirdləri İlkin Musayev qızıl, Nigar Əsədova isə gümüş medal qazanmışdırlar.
  • Waterloo Universitetinin riyaziyyat onlayn fənn olimpiadasında 10a1 sinif şagirdi Əbdürrəhman Atakişiyev uğur qazanaraq sertifikat və medalla təltif olunmuşdur.
  • Rumıniyanın Buxarest şəhərində keçirilən İnfoMatrix beynəlxalq layihə müsabiqəsində XI sinif şagird İlkin Musayev “Proqramlaşdırma” kateqoriyası üzrə qızıl medal qazanmışdır.
  • Niderlandda keçirilən İNESPO beynəlxalq ekoloji layihə olimpiadasında Anna Jeleznyak və Cavid Mərdanov bürünc medal qazanmışdırlar.
  • Qafqaz Universitetində keçirilən IX İnformatika layihə olimpiadasında şagirdlərimiz ALgoKOD nominasiyası üzrə bir gümüş, iki bürünc medal qazanmışdırlar.
  • Lomonosov adına MDU-nun Bakı filialında məktəblilər arasında keçirilən proqramlaşdırma müsabiqəsində 4 nəfər I, 1 nəfər II, 1 nəfər isə III yerə layiq görülmüşdür.
  • Ötən ilin noyabr ayında Türkiyədə keçirilən Beynəlxalq fənn olimpiadasında şagrdlərimiz 3 qızıl, 3 gümüş, 3 bürünc medal qazanmış və coğrafiya fənni üzrə komanda iştirakı ilə 2-ci yerə layiq görülmüşdürlər.

2014-2015-ci tədris ili

Şagirdlərin sayi IX sinif üzrə 199 nəfər, X sinif üzrə 210 nəfər, XI siniflər üzrə 161 nəfər təşkil etmişdir.

2014-2015-cü tədris ilində şagird müəllim nisbəti 1:13,7 kimi olmuş, tədris planına əsasən şagirdlərin biliyinin dərinləşdirilməsi üçün seçmə fənlər ve fakültətiv məşğələlər üzrə saatlar ayrılmışdır.

XI sinfi bitirən 161 şagirddən 161 (100%) nəfəri Təhsil Nazirliyinin attestat imtahanlarında, 9-cu sinfi bitirən 199 şagird isə buraxılış imtahanlarında uğurla iştirak etmişdir.

Liseyin altı məzunu qızıl medala layiq görülmüş və yüksək balla ali məktəblərə daxil olmuşdur. 161 şagird 100% ali məktəbə daxil olmuş və onların 40 nəfəri 600-dən yuxarı bal toplamışdır.

Fənn olimpiadalarının Respublika turunda 11 şagirdimiz qızıl, gümüş, bürünc medallarla təltif olunmuşdur.

12-14 fevral 2015-ci il tarixdə keçirilən « Sabahın alimləri» IV Respublika müsabiqəsində də liseyin şagirdləri böyük uğurlara imza atmışdırlar. Onlar müxtəlif kateqoriyalar üzrə 15 layihə ilə təmsil olunmuşdurlar və 10 layihə müsabiqədə yüksək yer qazanmışdır: Fizika-Astronomiya kateqoriyası üzrə bir I yer, kompüter elmləri üzrə bir I yer, mühəndislik, kimya və riyaziyyat kateqoriyası üzrə üç II yer, digər kateqoriyalar üzrə isə beş III yer qazanılmışdır.

I yerə layiq görülmüş Fizika-Astranomiya kateqoriyası üzrə layihənin qalibləri Mədət və Nigar Sərdarlı bacı-qardaşları bu ilin may ayında ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçirilmiş «Elm və mühəndislik» sərgisində respublikamızı təmsil etmişlər.

Artıq şagirdlərimiz layihələrlə beynəlxalq səviyyədə çıxış edərək uğurlar qazanırlar. 10 r4 sinif şagirdi Leyla Ələkbərli və Vüsalə Süleymanova “İri şəhərlərin yaşıllaşdırılmasının ekoloji modeli” adlı layihəsi ilə 29 aprel-05 may 2015-ci ildə Keniyada keçirilmiş Beynəlxalq elmi-layihə olimpiadasında gümüş medala layiq görülmüş, 31 may-05 iyun 2015-ci ildə Niderlanda keçirilmiş İNESPO layihə olimpiadasının iştirakçısı olmuşdurlar.

10 r1 sinif şagirdi İlkin Musayev Proqramlaşdırma üzrə bir layihə ilə, 9-cu sinif şagirdləri Ələkbər Əsgərov, Samir İbrahimzadə və 10 r1 sinif şagirdi Cəmil Əlizadə “Robot Texnikası” üzrə birgə layihələri ilə liseyimizi bu ilin aprel ayında Çində keçirilmiş beynəlxalq müsabiqədə təmsil etmişdirlər.

10r3 sinif şagirdi Sonaxanım Musayeva “ERASMUS” proqramının 31 mart-7 aprel 2015-ci il tarixdə Bolqarıstanda keçirilmiş təlimlərdə iştirak etmişdir.

İstanbulda keçirilən “MEF” Beynəlxalq Tədqiqat Layihələri yarışmasında liseyimizin 10 a1 sinif şagirdləri Orxan Əhmədov və Tuncay Tağıyev kimya üzrə birgə hazırladıqları layihə ilə iştirak edərək bürünc medal almışdırlar.

Mart ayında bir qrup şagirdin İtaliyanın Roma şəhərindəki konfransda uğurlu çıxışı və aprel ayında İstanbulda keçirilmiş konfransda bir qrup şagirdin iştirakı sevindirici haldır.

Liseyin XI sinif şagirdi Sergey Styopin 47-ci Beynəlxalq Kimya Olimpiadasında bürünc medala layiq görülmüşdür.

Şagirdlərin sayı IX sinif üzrə 242 nəfər, X sinif üzrə 197 nəfər, XI siniflər üzrə 203 nəfər təşkil etmişdir.