Xüsusi fəallığına görə dörd şagird Mədəniyyət Nazirliyinin tərifnaməsini aldı. Şahmat yarışında bir şagirdimiz III yeri tutdu. Səyahətdən məmnun qayıdan şagirdlər gördükləri, eşitdikləri barədə yoldaşları ilə bölüşürlər. Belə səyahətlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsində çox böyük əhəmiyyəti var.
Ölkəmizi tanıyaq layihəsi
18 Noyabr 2014
Hörmətli prezident cənab İlham Əliyevin tapşırığı ilə “Ölkəmizi tanıyaq” layihəsinə start verilib. Yasamal Rayon İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi bu layihədə bizim məktəbin də təhsildə fərqlənən 10 şagirdi iştirak etdi. Noyabr ayının 14dən 17-nə qədər Vətənimizin cənub bölgəsində: Masallı, Lənkəran və Lerik rayonlarında oldular. Maarifləndirici mahiyyət daşıyan bu ekskursiyada həmin yerlərin tarixi abidələri, görməli yerləri ilə tanış olur, maraqlı məlumatlar əldə edirdilər.