25 oktyabr 2023-cü il tarixində liseydə 9-cu siniflərin valideynləri ilə görüş keçirilib. Görüşdə dövrün aktual problemi olan zorakılıqdan söhbət aparılıb. “Zorakılıq və onun növləri” mövzusunda aparılan söhbət zamanı məlum olub ki, bəzən valideynlər özləri belə hiss etmədən övladlarına qarşı bu və ya digər növdə zorakılıq göstərə bilərlər. Bunun qarşısının alınması yolları barədə fikir mübadiləsi aparılıb. Valideynlər təşkil ounmuş bu görüşdən məmnun qaldıqlarını bildiriblər.