Xocalı Faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

26 Fevral 2026

6 fevral tarixində liseyimizdə Xocalı Faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirin əsas məqsədi şagirdlərə xalqımızın tarixində dərin iz buraxmış bu faciə haqqında məlumat vermək, vətənpərvərlik hisslərini gücləndirmək və şəhidlərimizin əziz xatirəsini yad etmək idi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Ardınca Xocalı qurbanlarının və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şagirdlər Xocalı hadisələrini əks etdirən təqdimatlarla çıxış edərək tarixi faktlar, faciənin miqyası və beynəlxalq səviyyədə tanınması istiqamətində görülən işlər barədə məlumat verdilər. Çıxışlar zamanı Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının vacibliyi xüsusi vurğulandı.

Tədbirdə tarix müəllimi Rüfət Rizayev çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında əbədi qalacağını bildirdi.O, şagirdlərə tarixi düzgün öyrənməyin və həqiqətləri dünyaya çatdırmağın əhəmiyyətindən danışdı.