23.02.2015- ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə məktəblilərə siqaretin zərərləri, stresin aradan qaldırılmasının alternativ yolları, sağlam həyat tərzinin vacibliyi mövzusunda ilkin təlim keçirilib.
"Tütünsüz Həyat - Sağlam Gələcəyə Təminat" layihəsinin əsas məqsədi məktəblilərə siqaretin ziyanları barədə həkim və psixoloqlar tərəfindən məlumatlandırılması, bu istiqamətdə həll yollarının göstərilməsi və sağlam həyat tərzinin aşılanmasıdır.