“Tanınmış şəxsiyyətlər təqvimi” çərçivəsində liseyimizdə növbəti maarifləndirici təqdimat keçirilib

24 Fevral 2026

Bu gün liseyimizdə “Tanınmış şəxsiyyətlər təqvimi” çərçivəsində musiqi müəllimi Könül Beydullayevanın rəhbərliyi ilə 9a4 sinif şagirdi Aydın Məmmədzadə Azərbaycan musiqi mədəniyyətinin banilərindən olan dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş maraqlı təqdimatla çıxış etdi.

Təqdimat zamanı dahi bəstəkarın Azərbaycan musiqisinin inkişafındakı rolu, ilk Şərq operası olan “Leyli və Məcnun”un əhəmiyyəti və milli musiqi irsinin qorunmasına verdiyi töhfələr haqqında məlumat verildi, “O olmasın, bu olsun” və “Arşın mal alan” filmlərindən fraqmentlər nümayiş etdirildi, Alim Qasımovun ifasında “Sevgili canan” romansı və mayestro Niyazinin drijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrının ifasında “Koroğlu” uverturası səsləndirildi. 

Tədbirin məqsədi şagirdlərdə milli-mədəni dəyərlərə marağı artırmaq, klassik musiqi irsimizi tanıtmaqdır.