Şagirdlərimiz ADA universitetində ekskursiyada olublar

09 Fevral 2023

Liseyimizin 11-ci sinif şagirdləri 9 fevral tarixində Azərbaycan Diplomatiya Akademiyasında ekskursiyada olublar. ADA universitetinin nümayəndəsi Elşad Göyüşov tərəfindən qarşılanan şagirdlərə ilk öncə universitet barədə qısa məlumat verilib. Daha sonra şagirdlərə universitetə qəbul qaydaları, fakultələr, xaricdə təhsil ilə bağlı təqdimat təqdim edilib. Öz növbəsində şagirdlər nümayəndələrə universitetlə bağlı öz suallarını veriblər. Sonda şagirdlərimiz universitetdə kiçik ekskursiyada olublar.