Qail Qasımov ilə görüş
24 Aprel 2014
24.04.2014 –cü il tarixdə Azərbaycan Respublikası Tələbə Gənclər Təşkilatları İttifaqının “Sağlam həyat tərzi” adlı resurs mərkəzinin direktoru Qail Qasımov ilə görüş keçirilmişdir. “Zərərli vərdişlərin insan orqanizminə təsiri” adlanan bu görüşün əsas məqsədi şagirdləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, bu vərdişlərin gələcəkdə insanların həyatına verə biləcək ağır fəsadlarını açıb göstərmək idi.