Tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqillik dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən nə qədər danışsaq yenə də az olar.
12 dekabr 2022-ci il tarixində liseyin tarix müəllimi P.Ağalarovun rəhbərliyi və 9a3 sinif şagirdlərinin iştirakı ilə “Müstəqil Azərbaycanın memarı” adlı tədbir keçirildi. Tədbirin əvvəlində Ümummilli liderin xatirəsi bir dəqiqiəlik sükutla yad edildi. Şagirdlər tərəfindən hazırlanmış təqdimatda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıldı.
Sonda Pərviz Ağalarov çıxış edərək Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti sayəsində ölkənin nüfuzunun artmasından, olkə daxilində aparılan islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafına şərait yradılmasından danışdı. P.Ağalarov qeyd etdi ki, öz müdrikliyi ilə Azərbaycan tarixində dərin iz qoyan Heydər Əliyev Azərbaycan xalqının ən çətin anlarında hər zaman xalqının yanında olub, öz haqq səsini ucaldıb. Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.