Akademik Zərifə Əliyeva adına liseydə 18 oktyabr Milli müstəqillik gününə həsr edilmiş tədbir keçirilmişdir. Millət vəkili Fazil Mustafa qonaq qismində liseydə keçirilən tədbirə qatılmış şagirdlərin suallarını cavablandırmışdır. Tədbirdə şagirdlərə günün tarixi əhəmiyyəti, müstəqil Respublikamızın qurulmasındakı məşəqqətli və şərəfli yol bir daha xatırladıldı, təqdimatlarla tarixi faktlar təkrar gözdən keçirildi. Daha sonra şagirdlər və tarixçilər arasında fikir mübadiləsi aparıldı.