12 dekabr tarixində Akademik Zərifə Əliyeva adına liseydə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Liseyimizin tarix kafedrasının müəllimləri Pərviz Ağalarov və Rüfət Rizayev şagirdlərə ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən, ölkənin inkişafına göstərdiyi diqqət və qayğıdan məlumat verdilər. Məruzəçilər onu da qeyd etdilər ki, tariximizin çətin anında xalqımıza və dövlətimizə rəhbərlik edən Heydər Əliyev həmişə ölkəmizin mənafeini, dövlətin maraqlarını prioritet sayaraq öz həyatını bu məsələlərin həll olunmasına həsr etmişdi. Heydər Əliyevin hələ sovet dönəmində Azərbaycanın milli maraqlarının qorunmasına yönələn tədbirlərləri, xüsusilə 70 ci illərdə növbəti dəfə Mərkəzi Komitədə müzakirə olunan Dağlıq Qarabağına Ermənistana verilməsi məsələsinə qətiyyətlə qarşı çıxması haqqında şaqirdlərə məlumat verilmişdir.Müstəqillik illərinin ilk dövrlərində onun Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması, uğurlu daxili və xarici siyasətin əsas istiqamətləri haqqında bildirilmişdir. Daha sonra şagirdlərə Heydər Əliyevlə bağlı qısa film təqdim olundu.