6-10 iyun tarixində liseyimizdə təşkil edilən "ZAHSFEST" adlı İKT həftəsinə yekun vurulub.
Bir-birindən maraqlı kateqoriyalar üzrə təşkil edilən yekun yarışa şagirdlər
- 3D dizayn
- "Open projects"
- Ən yaxşı təqdimat
- Katapult yarışı
- Sumo yarışı
- Proqramlaşdırma hakatonu
- Breyn Rinq
kateqoriyaları üzrə öz bilik və bacarıqları ilə rəng qatıblar. Komandaların hazırladığı layihələr 2 saat müddətində münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekunda qalib şagirdlərə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunub.
Bütün qaliblərimizi təbrik edirik!