Dekabr ayının 7-8 i tarixlərində Akademik Zərifə Əliyeva adına liseydə hər il keçirilən ənənəvi Dünyanı tanıyaq layihəsinin ilk mərhələsi keçirildi. Layihə çərçivəsində 9 cu sinif şagirləri püşkatma yolu ilə seçdikləri ölkənin tarixi, dövlət və siyasəti , görkəmli şəxsiyyətləri, coğrafiyası və elmi nailiyyətləri ilə bağlı məlumatları müxtəlif formalarda təqdim etdilər. 5 nəfərdən ibarət jüri bir birindən maraqlı çıxışlarla tanış oldu və siniflər 10 ballıq sistemlə qiymətləndirildi. Onu da qeyd edək ki, layihənin esas məqsədi şagirdlərdə digər dünya mədəniyyətləri və ölkələrinə maraq oyatmaq, müasir cəmiyyətlər haqqında daha ətraflı məlumata sahib olmağı təmin etməklə yanaşı həmçinin onlarda informasiya toplamaq və informasiya seçə bilmək, təqdimat, yaradıcılıq və s. Kimi qabiliyyətlərin formalaşdırılmasını nəzərdə tutur.