19 yanvar 2023-cü il tarixində Akademik Zərifə Əliyeva adına liseydə 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı tədbir keçirilmişdir.
İlk öncə 20 Yanvar və eləcə də bütün şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şagirdlərimizin təqdimatında məlumatlar verildi, müxtəlif şeirlər səsləndirildi, şagirdlərimiz tərəfindən hazırlanan video material izlənildi.Liseyimizin tarix müəllimləri Rüfət Rızayev və Pərviz Ağalarov tədbirdə şagirdlərə 20 Yanvar hadisələrinin səbəbləri, o dövrdə ölkədə baş verən siyasi proseslərdən danışdılar.
Sonda liseyimizin direktoru Fərqanə İsayeva bu gün Azərbaycanda baş verən siyasi sabitliyi, güclü ordumuzun olmasını qeyd etdi. Gələcəkdə belə hadisələrin təkrar olunmaması üçün ölkə müstəqilliyimizin, ordumuzun və iqtisadiyyatımızın gücləndirilməsinin vacibliyini vurğuladı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.