19.01.2018-ci il tarixdə Akademik Zərifə Əliyeva adına liseydə 20 Yanvar hadisələrinin 28-ci ildönümü qeyd olundu. Bununla bağlı məktəbimizdə silsilə tədbirlər təşkil olundu. Əvvəl şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan direktorumuz Mehriban xanım Vəliyeva 20 Yanvar hadisəsini faciədən daha çox xalqımızın qəhrəmanlıq salnaməsi kimi qeyd edilməsinin doğru olduğunu bildirdi. Daha sonra tarix müəllimlərimiz Pərviz Ağalarov, Aytən Tahirli və Rüfət Rizayev 20 Yanvar haqqında dolğun məlumatları şagirdlərin nəzərinə çatdırdılar. Liseydə ilk dərs 20 Yanvar hadisələrinin əhəmiyyətinə həsr olundu, qısametrajlı filmlər nümayiş etdirildi. Günün sonuna yaxın isə liseyin müəllim və şagird kollektivi Şəhidlər Xiyabanını toplu şəkildə ziyarət etdilər.