Liseydə “Stəkan masterclass”ı təşkil olunub

17 Fevral 2026

Liseyimizdə fevral ayının 17-si təsviri incəsənət müəllimi Fidan Nurəliyevanın rəhbərliyi ilə növbəti “Stəkan masterclass”ı təşkil olunub.
Liseyin 8 və 9-cu sinif şagirdlərinin iştirakı ilə təşkil olunmuş masterclassda şagirdlərimiz müxtəlif milli ornamentlərdən və naxışlardan istifadə edərək stəkanları bəzəyiblər.