Səhiyyə nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə 03.03.2026-cı il tarixində liseydə “Narkomaniya ilə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Mərkəzin Təlim resurs şöbəsinin müdir müavini Pərvin Quliyevanın keçirdiyi tədbir zamanı şagirdlərə narkomaniyanın insan sağlamlığına, cəmiyyətə və gənclərin gələcəyinə vurduğu zərər barədə ətraflı məlumat verilib. Çıxışlarda zərərli vərdişlərdən uzaq durmağın, sağlam həyat tərzinin təbliğinin və gənclərin bu istiqamətdə maarifləndirilməsinin vacibliyi vurğulanıb.
Görüş interaktiv müzakirələr şəklində davam edib, şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyaya qarşı mübarizədə hər bir gəncin məsuliyyətinin əhəmiyyəti qeyd olunub.


