Liseydə İdman viktorinası təşkil olunub

05 Mart 2026

02–07 mart tarixlərini əhatə edən İdman həftəsi çərçivəsində 05 mart tarixində liseydə VIII və IX sinif şagirdləri arasında maraqlı və maarifləndirici İdman viktorinası təşkil olundu.

Tədbirin məqsədi şagirdlərin idmana marağını artırmaq, onların müxtəlif idman növləri haqqında biliklərini yoxlamaq və sağlam həyat tərzinin əhəmiyyətini bir daha diqqətə çatdırmaq idi. Viktorina zamanı şagirdlərə futbol, basketbol, atletika, olimpiya oyunları və digər idman növləri ilə bağlı maraqlı və düşündürücü suallar təqdim edildi. Şagirdlər sualları böyük həvəslə cavablandıraraq komandalar şəklində öz bilik və bacarıqlarını nümayiş etdirdilər.

Tədbir şagirdlər arasında sağlam rəqabət mühiti yaratmaqla yanaşı, onların idmana və sağlam həyat tərzinə olan marağını daha da artırdı. Yarışın sonunda 9a1- 9r1 komadası I, 9a2-9r2 komandası II, 9a4-9r4 komandası III yerə layiq görüldü və qalib komandalar diplomlarla təltif olundular.