Kitab klubu üzvlərinin növbəti toplantısı dünyanın aktual problemlərindən olan gender məsələsi ilə bağlı idi.
Müzakirə mövzusu "Qadın taleyi" adlanırdı. Dinindən və milliyətindən asılı olmayaraq üzləşdiyi çətinliklərlə mübarizə apara bilən cəsur, mübariz, təhsilli qadınla köləliyi qəbul etmiş cahil qadının müqayisəsi əsas məsələlərdən biri idi.
Müasir təhsilin inteqrativ - innovativ şəkildə inkişafını nəzərə alaraq bu mövzunun müzakirəsində dünyaca məşhur olan Edvard de Bononun 6 papaq(şlyapa) üsulundan istifadə klub üzvlərinin çox böyük marağına səbəb oldu.
6 papaq ... . 6 rəng ... . Bir mövzuya müxtəif mövqedən baxış ... . Bunlar Bono üsulunda ən mükəmməl şəkildə təmsil olunurdu.
Ağ - məsələyə obyektiv yanaşma
Qara - neqativ yanaşma
Qırmızı - romantik yanaşma
Sarı - hər işdə bir xeyir var yanaşması
Yaşıl - yaradıcı (mən belə edərdim) yanaşma
Göy - nəticə
Müzakirə üçün oxunan əsərlərin siyahısı:
1. "Əsli və Kərəm" dastanı
2. Mirzə İbrahimov "Mədinənin ürəyi"
3. İlyas Əfəndiyev "Korpusalanlar"
4. Elçin Əfəndiyev "Mahmud və Məryəm"
5. Anar "Beş mərtəbəli evin altıncı mərtəbəsi"
6. Şarlotta Bronte " Ceyn Eyr"
7. Səbahəddin Əli " Xəz dərili madonna"
8. Xalid Hüseyni " Min möhtəşəm günəş"
9. Perinus Senii " Mənim payım"