İngilis dili departamentinin təşəbbüsü və təşkilatçılığı ilə TEDx Talks formatında maarifləndirici və motivasiyaedici tədbir keçirilmişdir

04 May 2026

Akademik Zərifə Əliyeva adına liseydə İngilis dili departamentinin təşəbbüsü və təşkilatçılığı ilə TEDx Talks formatında maarifləndirici və motivasiyaedici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi şagirdlərin ingilis dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək, onların ictimai çıxış, tənqidi düşünmə və özünü ifadə etmə qabiliyyətlərini gücləndirmək olmuşdur.

Tədbir çərçivəsində şagirdlər müxtəlif mövzular üzrə çıxışlar etmiş, yeniyetmələri düşündürən və cəmiyyət üçün aktual olan məsələlərə toxunmuşlar. Təqdim olunan mövzular sırasında intiharın qarşısının alınması, narkotik maddələrin zərərləri, erkən nikah, gender ayrı-seçkiliyi, sosial medianın təsiri, siqaretin zərərləri, uğurun gücü və müəllim-şagird münasibətləri kimi mövzular yer almışdır. Bu çıxışlar şagirdlərdə maarifləndirmə ilə yanaşı, sağlam həyat tərzi və düzgün seçimlər etməyin vacibliyini də ön plana çıxarmışdır.

Çıxışlar zamanı innovativ yanaşmalar, yaradıcı təqdimatlar və aktual mövzular xüsusi diqqət cəlb etmişdir. Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və yüksək səviyyədə təşkil olunmuşdur.

Sonda fəal iştirak edən şagirdlər sertifikatlarla təltif olunmuş, tədbirin ümumi nəticəsi isə uğurlu və yaddaqalan qiymətləndirilmişdir.