Səhiyyə nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə 02.03.2026-cı il tarixində liseydə “İlk yardım - BLS (Basic Life Support – əsas həyat dəstəyi)” mövzusunda maarifləndirici təlim keçirilib. Mərkəzin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini, pediatr Ülkər Camalovanın keçdiyi təlim zamanı iştirakçılara fövqəladə hallarda zərərçəkənə düzgün və vaxtında ilk yardım göstərilməsi, ürək-ağciyər reanimasiyasının əsas prinsipləri və həyati vacib bacarıqlar haqqında ətraflı məlumat verilib.
Praktiki və nəzəri hissələrdən ibarət olan təlim iştirakçıların fövqəladə vəziyyətlərdə daha hazırlıqlı və operativ davranmasına kömək etmək məqsədi daşıyıb. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və ilk yardımın əhəmiyyəti bir daha vurğulanıb.




